“Polisə Dəstək” İctimai Birliyi millət vəkili Müşfiq Cəfərovun “ittihamına” reaksiya verdi

Milli Məclisin 9 iyun tarixli iclasında Gəncədən seçilən millət vəkili Müşfiq Cəfərov DİN-nin Gəncə şəhərinin regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəhbərliyini rüşvətxorluqda ittiham edib. Şöbə rəhbərliyinin qanunlara və Prezidentin korrupsiyaya qarşı mübarizə istiqamətindəki islahatlarına kölgə saldığını mötəbər tribunadan səsləndirib.

Məsələ ilə bağlı «Polisə Dəstək» İB-nin sədri, Qarabağ müharibəsinin veteranı Şəmsəddin Əliyevin fikirlərini öyrəndik: «Müşfiq Cəfərov eruditsiyalı cavan millət vəkilidir. Ölkənin ümidli gənclərindəndir. Bəli, onun seçicilərinin adından danışmaq, xalqı təmsil etmək hüququ var. Bildiyimə görə Azərbaycan Dövlət Aqrar Universitetinin məzunudur. «Mühəndis və Menecment iqtisadiyyatı» üzrə mütəxəssisdir. Hüquqi bilikləri təkmil olmadığından «bəyanatında» korrektlər etməliydi. Müşfiq müəllimin  Gəncə regional qeydiyyat imtahan şöbəsində rüşvət alma və rüşvət vermə ilə bağlı «səhih sandığı məlumatı» Milli Məclisdə səsləndirmək yox, deputat sorğusu ilə rüşvət verənin rəsmi müraciətini korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə, yaxud da, Daxili İşlər Nazirinə müraciət etsəydi daha effektli olarda. Müşfiq müəllimin DİO-da gedən demokratik hüquqi islahatlardan məlumatı var, nazirin və kollegiya üzvlərinin korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə cinayətlərə qarşı mövqeyi bəllidir. Lakin, DİN hakimiyyətin spesfik bir qurumu olaraq fəaliyyət istiqamətlərində şəffaflığı həmişə mümkün olmur. Bu baxımdan hörmətli deputatın səsləndirdiyi fikirlər ehtimala söykəndiyindən əsas kimi qəbul oluna bilməz, təqsirləndirib ittiham etdiyi şəxslərin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilmədiyindən… ittiham yersiz səsləndirib. Ölkə Konstitusiyasının 63-cü maddəsində qeyd olunduğu kimi «Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir». Bunları məlumat üçün dedim.

Digər tərəfdən hörmət bəslədiyim Müşfiq müəllim çıxış yolunu bu qurumun DİN-in tabeliyindən çıxarılıb ASAN xidmətə verilməsini təklif edir. Bu qayda ilə çoxlu sayda Mərkəzi İcra Hakimiyyəti orqanlarının səlahiyyətlərini qayçılayıb səlahiyyətlərini ASAN Xidmətə həvalə etməklə Azərbaycanın «Xidmət Brendini» mürəkkəbləşdirəcəyik. ASAN Xidmət son illərdə üfürülmüş şara bənzəyir. Onun və vaxtsa partlamağı da ola bilər. Bir vətəndaş kimi son iki il ərzində bu xidmətin özündə çətinliklər yaranıb. Qaz, su, elektrik enerjisinin sayğac problemi ASAN-da olsa da böyük narazılıq var. Dövlət qulluqçularının iradəsindən asılı olmayan səbəblərdən süründürməçilik halları var… Ona görə də düşünürəm ki, deputat sorğusu daha effektli ola bilərdi.

Hamısını Göstər

Related Articles

Back to top button