Laçın şəhərində nə qədər erməni yaşayır?

Hazırda Laçın şəhərində 180-ə yaxın erməni yaşayır. Burada demək olar ki, cəmi 30-a yaxın ailə qalıb.

Bunu Laçında yaşayan ermənilərin “icma rəhbəri” Narek Aleksanyan deyib.

İcma rəhbəri” etiraf edib ki, 2020-ci ilin dekabrından sonra onlarla ailə Laçını tərk edərək Gorusa, Qafana və Xankəndiyə gedib.

O bildirib ki, Laçın şəhərinin və ətraf ərazilərin Azərbaycana qaytarılmasından sonra yerdə qalan əhali də Ermənistana köçməyə hazırlaşır:

“Ermənistan hökuməti bizi evlə təmin edəcəkmi, bilmirəm. Amma bizdən əvvəlkilər evlə təmin olunmadı. Hələ ki, sakit şəkildə gözləyirik. 10-a yaxın ailə artıq köçmək haqqında düşünüblər. Digərləri isə son anda qərar verməyi planlaşdırır”.

Qeyd edək ki, alternativ yol təhvil verilən kimi Laçın şəhəri Azərbaycanın nəzarətinə keçəcək.

Hamısını Göstər

Related Articles

Back to top button