Laçın-Xankəndi dəhlizindəki aksiya vətəndaş cəmiyyəti-QHT-lərin “vətənə sədaqət”inin canlı təzahürüdür.
Polise.az xəbər saytına daxil olan məlumatlara görə son günlər bəzi media-xəbər portalları vətəndaş cəmiyyətinin,(QHT-lər,KİV-ləri), könüllərin və ekofəalların Laçın dəhlizindəki aksiyanın miqyasını kiçiltmək məqsədilə böhtan xarakterli informasiyalar yayırlar. Güya QHT-lər bunun müqabilində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrində rəğbətləndirəcəklərini qeyd edirlər.
Şuşada Laçın Xankəndi dəhlizində vətəndaş cəmiyyətin-QHT-lərin bir aydan çox davam edən aksiyanın gözdən salmaq istəyən qruplar var. Aksiya transmilli mütəşəkkil cinayətkar dəstələrin əlbir olub Azərbaycan sərvətini daşıması ölkənin qüvvədə olan qanunlarına, daha çox Konstitusiyamızın “Ətraf mühiti qorumaq” vəzifəsinə və ətraf mühitə, ekoloji tazarazlığa ciddi zərər vurulduğuna görə QHT-lər 39 gündür ki, beynəlxalq aləmə etiraz, görk olacaq yüksək patriotizm nümayiş etdirirlər. QHT-lər ermənilərin ekosid cinayətlərinə görə seyrçi mövqedə dura bilmədikləri üçün, həm də vətəndaş biganəliyindən uzaq olaraq aksiyaya önəm vermişlər. QHT-lər aksiyada iştirak etməyin müqabilində heç bir ödəniş güdməmişlər. Qeyri-ciddi media-xəbər portalların- Mikroskop Media və s. yaydıqları məlumatlar QHT-lərin və QHT Dövlət Dəstəyi Agentliyinin ünvanına böhtan və yalandan başqa bir şey deyildir. Vətəndaş cəmiyyətinin üzvləri bu hərəkətləri və mövqeyilə Vətənə sədaqətin canlı təzahürü olaraq çıxış etmişlər.
Yazılanlar həqiqəti əks etdirmir. Hesab edirik ki, dövlətin daxili və xarici siyasətinin formalaşdırılmasında iştirak edən QHT-lərin həssas fəaliyyətinə kölgə salan belə böhtanlara görə media portalları-Mikroskop Media və s.hüquqi məsuliyyət daşıyırlar. Müvafiq dövlət orqanları buna diqqət yönəltməlidirlər.