Laçında hərbçilərin avtomobil qəzasında ölməsi ilə bağlı cinayət işi başlandı

Laçında hərbçilərin avtomobil qəzasında ölməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Azərbaycan Respublikası Hərbi  Prokurorluğunun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, daxil olan sözügedən məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin ediləcək. 

Qeyd edək ki, 16 iyun 2021-ci il tarixində Laçın rayonu ərazisində hərəkətdə olan MAZ markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları  baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu şəhid olublar.

Hamısını Göstər

Related Articles

Back to top button