Lavrov İrəvanda “incə işarə” etdi: Zəngəzur dəhlizi olmayacaq?
Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanla Ermənistan arasındakı sülh prosesindən bəhs edərkən Zəngəzur dəhlizinin açılmayacağını mümkün diplomatik üslubla söyləməyə çalışdı. Sergey Lavrov bu məsələdə Kremlin Zəngəzur dəhlizi ilə bağlı mövqeyində qərarlı olduğunu ortaya qoydu. Yəni 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata görə açılması nəzərdə tutulan Zəngəzur dəhlizi olmayacaq. Lavrovun İrəvanda səsləndirdiyi açıqlamalardan bunu aydın şəkildə duymaq mümkündür
Bu sözləri Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Həsən Oqtay Publika.az-a açıqlamasında Rusiya XİN rəhbəri Sergey Lavrovun Ermənistana səfəri və erməni həmkarı ilə keçirdiyi görüşdən sonra mediaya bəyanatını şərh edərkən deyib.
“Bunun önünə keçmək üçün Türkiyə-Azərbaycan-Ermənistan sülh razılaşması sürətləndirilərək, bu proses gündəmə gətirilə bilər. Əks halda Rusiya ilə İran Türkiyə-Azərbaycan-Ermənistan arasında gözlənilən sülhün önündə böyük əngəllər yaradacaq”, – o bildirib.