Lavrov Rusiyanın Ukrayna ilə bağlı danışıqlardan imtina etmədiyini bildirib

Rusiya Ukrayna ilə bağlı danışıqlardan imtina etmir.

Polise.az-ın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Cənubi Afrika Respublikasından olan həmkarı ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, ölkəsinin Ukrayna ilə bağlı danışıqlardan imtina etmədiyini vurğulayıb.

“Rusiya danışıqlardan imtina etmir. Lakin Qərb danışıqlardan nə qədər çox qaçsa, vəziyyət bir o qədər çətinləşəcək”, – nazir qeyd edib.

Lavrovun sözlərinə görə, Qərb ölkələri Kiyevə birbaşa deyirlər ki, Moskva ilə danışıqlar aparmaq hələ tezdir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button