“Le Monde”: Ermənilər gözləmirdilər azərbaycanlılar bu tezliklə Xankəndi qapısına çatacaqlar
“Le Monde” qəzetinin müxbiri Xankəndidən reportaj hazırlayıb.
Fransız jurnalistlər Şuşa-Goris yolunun iki istiqamətdə bağlandığını yazır.
Azərbaycan Ordusunun strateji yüksəklikləri və yolları nəzarətə götürməsi Xankəndində gərginlik yaradıb.
Meşədən gələn atəş səsləri Xankəndidəki döyüşçülərə çox mənfi təsir edir. Çünki döyüş artıq cəbhədə yox, bir neçə kilometrlikdəki tələm-tələsik xırdaölçülü qazılmış səngərlərdə baş verir. Tələm-tələsik çünki azərbaycanlıların bu qədər dərinə, Xankəndi qapılarına qədər gələcəklərini heç vaxt təsəvvür etməzdilər.
Goris yolunun bağlanması şəhər camaatının əhval-ruhiyyəsinə təsir edir. Panika yaradan ən birinci amil odur ki, yaralıları Goris və İrəvana tərəf göndərmək olmur. UAZ maşınları yaralılarla doludur və yollar bağlı olduğu üçün hərəkət edə bilmir.
İrəvan Tibb Universitetinin tələbəsi Lusi qanlı xərəkləri təmizləyir və digər diaspora könüllüləri ilə xəstəxanada gözləyir.
Artıq xəstə daşımaq üçün 20 dəfə getdiyi İrəvana bu dəfə yol bağlandığına görə gedə bilməyəcək.
“Le Monde” qəzetinin müxbirinin qeydləri Ermənistanın müharibədə nə qədər çətin vəziyyətdə olduğunu bir daha aydın göstərir.