Lerikdə “Aşura” mərasimi keçirmək istəyənlər saxlanılıb

Lerikdə “Aşura” mərasimi keçirmək istəyənlər saxlanıldı. Lerik rayonunun Cəngəmiran kəndi ərazisində bir qrup şəxsin “Aşura” mərasimini keçirmək üçün məscidin qarşısına toplaşmaq istədikləri müəyyən olunub. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Lerik Rayon Polis şöbəsinə gətiriliblər. Polis şöbəsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə olunublar. Bir nəfər barəsində toplanmış materiallar isə baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Hamısını Göstər

Related Articles

Back to top button