Pentaqon nüvə güclərini Rusiyaya oğru çəkir! – İlk dəfə məxfi sualtı qayığını göstərib

Xəbər verildiyi kimi, bu günlərdə Britaniyanın «Ferford» bazasına Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-hava qüvvələrinin (HHQ) 6 ədəd strateji B-52H «Stratofortress» bombardmançı təyyarəsi gəlib. Onlar nüvə silahı daşımaq qabiliyyətinə malikdirlər. Bununla eyni vaxtda elə bir hadisə baş verib ki, Çin analitikləri onu ABŞ-ın Rusiyaya növbəti siqnalı kimi qiymətləndiriblər və hesab edirlər ki, bununla ABŞ onsuz da «yüksək səviyyədə olan döyüş hazırlıqlarını nümayiş etdirib».

Söhbət ABŞ hərbi-dəniz qüvvələrinin (HDQ) ən məxfi atom sualtı qayığından (USS Seawolf (SSN-21)) gedir. Qayıq Norveç sərhədlərində görünüb.

Bu faktın diqqətçəkənliyi nədədir?

Çinin «Xuantsiyu şiabo» qəzeti diqqəti qayığın Norveç sahillərinə qədər qət etdiyi yola yönəldir. Norveç sahilli ilə Barents dənizindəki Ayı adası arasındakı boğaz o yoldur ki, öz şimal-qərb dəniz bazasından okeana çıxmaq üçün Rusiyanın sualtı qayıqları mütləq oradan keçməlidir.

ABŞ HDQ «Sivulf» sualtı qayığının Norveç sahillərində suyun üzünə çıxdığı andakı fotosunu yayıb. Bundan əvvəl Pentaqon heç vaxt öz sualtı qayıqlarının hərəkəti barədə məlumatları açıqlamayıb, üstəlik də sözügedən çoxməqsədli qayıq barədə informasiyanı gizli saxlayb. Qayıq kəşfiyyat və xüsusi tapşırıqları yerinə yetirir.

««Sivulf» sualtı qayığının Skandinaviya yarımadasında belə görünməsi fövqəladə nadir hadisədir. Ehtimal olunur ki, hər şeydən göründüyü kimi, ABŞ bununla bölgədə özünün sualtı döyüş imkanları barədə Rusiyaya işarə verir» – deyə, Çin qəzeti yazır və əlavə edir ki, avqustun 21-də ABŞ HDQ ilk dəfə bəyan edib ki, sözügedən sualtı qayıq Norveçə tapşırıq yerinə yetirmək üçün gəlib.

ABŞ HDQ sualtı güclərinin böyük zabiti, vitse-admiral Derril Kodl bu barədə bəyan edib: ««Sivulf»un Altıncı donanmanın yurisdiksiyası altında Banqordan hərəkət etməsi ABŞ sualtı qüvvələrinin qlobal döyüş gücünü nümayiş etdirir…»

«”Sivulf” sualtı qayığının gəlməsi bizim onsuz da yüksək döyüş qabiliyyətimizi tamamlayır və bütün bölgələrdə dənizdə təhlükəsizliyin təmin olunmasına bizim dəyişməz sadiqliyimizi nümayiş etdirir» – deyə, ABŞ Altıncı donanmasının 8-ci sualtı qayıqlar qrupunun komandanı, vitse-admiral Entoni Kaullo əlavə edib.

Mənbə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button