Lerikdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib
Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Orand kənd tam orta məktəbində “Sağlam gənclərlə sağlam gələcəyə doğru!” mövzusunda maarifləndirici görüş təşkil edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, görüşdə çıxış edən Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Müşviq Eyvazov narkomaniyanın səbəb olduğu ağır nəticələr barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, ölkəmizin işıqlı sabahı məhz sağlam, savadlı gənclərlə mümkündür. Buna görə də hər bir gənc zamanını təhsilə, idmana və cəmiyyət üçün faydalı ola biləcək işlərə ayırmalı, zərərli vərdişlərdən uzaq durmalıdır. Daha sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanlarının apardığı mübarizə və əldə olunan nəticələr barədə tədbir iştirakçılarına məlumat verilib.
Sonda mövzu ilə bağlı videoçarx izlənilib və məktəblilərin sualları cavablandırılıb.