Lukaşenko ən sərt tədbirlər üçün göstəriş verdi

Belarus Prezidenti Aleksandr Lukaşenko Qrodno yaxınlığında hərbi təlim poliqonunu ziyarət edərkən, ölkədəki vəziyyətin “rəngli inqilablar” ssenarisinə uyğun olaraq inkişaf etdiyini deyib.

“BelTA” xəbər verir ki, o, “vəziyyətin orijinallığı və özünəməxsusluğu xarici amilin yer alması ilə bağlıdır”, deyib.

Lukaşenko əlavə edib ki, Belarusdakı səlahiyyətlilər müqavimət göstərirlər, xarici faktorların vəziyyətə daxildən müdaxiləsi mümkün deyil.

O, həmçinin, müdafiə nazirinə ölkənin ərazi bütövlüyünün qorunması üçün ən sərt tədbirlər görməyi də tapşırdığını vurğulayıb.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close