Mədəniyyət nazirinin səlahiyyətləri kimə həvalə edilib?
![](/wp-content/uploads/2020/05/a-q.jpg)
Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər. Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib.