Mənəviyyat şərqisi

Dünya  duyğu  yeri, nəşə yeridir,
gəncliyi  qəflətdə  yatmazlar, bala.
İnsanda  çox  şey var zinətdən baha,
hər pula  gedəni  satmazlar, bala.

Həyatda hər şeyin əks  üzü var,
 yaxşının  pisi var, kəcin düzü   var.
Əməl  tarazlanır, geci-tezi var,
nahaqdan  günaha  batmazlar, bala.

Qocalar  evinə  ayaq bas  bir gün,
 bənizlər  kədərli,baxışlar  küskün.
Can  qurban  edərlər  valideyn üçün,
atanı ananı atmazlar, bala.

Daim təmkinli ol, davranma yersiz.
Kimi səbrlidir, kimi səbrsiz.
İşgüzar  çalışar  səssiz-səmirsiz,
 boşboğaz  boşuna  mızıldar,bala.

Baxma ki, özündən  razıdır hər kəs,
hamıya sağlam ruh, bədən  verilməz.
Milyon  nataraza bir ağılıı bəs,
Səni  qorxutmasın, qoy azlar, bala.

 Axdıqca  ciblərə  bu xalqın  varı,
unutduq vədləri, əhdi, ilqarı.
Söz  vermək  ayrıymış, iş görmək ayrı,
yenə fənd axtarır işbazlar, bala.

Biz kimdən  öyrənək mədəniyyəti,
çoxumuz  nəfsi ac, mədə niyyətli.
Hələ  azdır bizdə Vətən qeyrəti,
hələ  ürəyimiz sızıldar, bala.

Hamısını Göstər

Related Articles

Back to top button
Close