Macarıstan gələn il Avrozonaya daxil ola bilər
Macarıstan potensial olaraq gələn ilin sonuna kimi Avrozonaya qoşulmağa hazır olacaq.
Polise.az xəbər verir ki, bu barədə Macarıstanın Maliyyə Şurasının rəhbəri Arpad Kovaç bildirib.
“Macarıstan 2024-cü ilin sonuna qədər Maastrixt kriteriyalarına cavab verə biləcək”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, bu meyarlar 1992-ci il Avropa İttifaqı haqqında müqavilə ilə müəyyən edilib və onlar ölkənin Avrozonaya daxil olması üçün zəruri olan maliyyə-iqtisadi göstəriciləri tənzimləyir.
Macarıstan Maliyyə Şurasının rəhbəri iddia edir ki, gələn ilin yayına qədər ölkədə istehlak qiymətlərinin artımı 3 faizə düşə bilər. Dövlət borcu ÜDM-in 70 faizdən aşağı düşəcək, büdcə kəsiri isə təqribən 2,9 faiz təşkil edəcək.
Onun proqnozuna görə, 2023-cü ildə respublikanın ÜDM artımı təqribən 1 faiz olacaq, lakin artıq 2024-cü ildə 3,5-4 faizə qədər artacaq.
Qeyd edək ki, Avrozona ərazisində avro əsas dövlət valyutasıdır, buraya on yeddi Avropa ölkəsi daxildir.
Polise.az