Mağazalardan oğurluq edənlər saxlanıldılar

Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə İmişli rayon sakini N.Şükürəmlinin 2 ədəd mobil telefonunun, M.Ə.Rəsulzadə qəsəbəsindəki mağazaların birindən isə 420 manat pul və 3 ədəd mobil telefonun oğurlanması barədə müraciətlər daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Şükürəmlinin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Elman Eminov, mağazadan isə oğurluq etməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, əvvəllər məhkum olunmuş Araz Hüseynov müəyyən edilərək saxlanılmışlar.
Hər iki faktla bağlı araşdırma aparılır.

***

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə H.Seyidzadə küçəsində yerləşən mağazadan 95 manat pul və 3500 manat dəyərində tütün məmulatı, H.B.Əliyev küçəsindəki digər mağazadan isə 10.000 manat dəyərində 22 ədəd mobil telefonun oğurlanması barədə müraciətlər daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Naftalan şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Həsən Əmirov və Sabirabad rayon sakini Ruhid Məmmədov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button