Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Goranboy, 19 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hazırəhmədli kənd sakininə məxsus 1 baş iribuynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri Xəyal İsmayılov və Altay Məmmədov vətəndaşın həyətyanı sahəsinə qeyri-qanuni yolla daxil olaraq oradakı tövlədən dəyəri 1000 manat olan iribuynuzlu mal-qaranı oğurlayıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button