Mariupolda 100-dən çox cəsədin olduğu daha bir kütləvi məzarlıq aşkarlandı
Mariupolda 100-dən çox cəsədin olduğu daha bir kütləvi məzarlıq tapılıb.
Bu barədə Mariupol merinin müşaviri Petr Andryuşşenko özünün “Telegram” kanalında məlumat verib.
“Sol sahildə dağıntılar altında yeni kütləvi məzarlıq… Fevralın sonundan bəri daha 100-dən çox insan cəsədi… İşğalçılar yaxınlıqdakı dağıntıları təmizləyirlər, ancaq qəbirlərin köçürülməsindən söhbət belə getmir. İnsanlar faktiki olaraq sərdabələrdə yaşamağa davam edirlər”, – deyə Andryuşşenko bildirib.
“İşğalçı hakimiyyət bərpa mənzərəsi yaratmaqla o qədər məşğuldur ki, qəbirlərin köçürülməsinə vaxtları çatmır. Müvəqqəti küçə qəbirləri getdikcə daimi məzarlara çevrilir”.