Masallı sakininin üzərindən və yaşadığı evdən 4 kiloqram narkotik vasitə aşkarlanıb

Masallı sakininin üzərindən və yaşadığı evdən 4 kiloqram narkotik vasitə aşkarlanıb.

Polise.az xəbər verir ki,  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun məlumat verilib.

Belə ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş, rayon sakini Araz Qəniyev saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən və Qızılavar kəndində yerləşən yaşadığı evdən ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. A.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button