Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə tutuldu

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Şain İbişov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 8 bükümdə çəkisi 4 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.İbişovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 740 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button