“Mayın 28-də Türkiyənin növbəti 5 illik deyil, bir əsrlik taleyi həll olunacaq”-Numan Kurtulmuş

“Mayın 28-də Türkiyənin növbəti 5 illik deyil, bir əsrlik taleyi həll olunacaq”.

Polise.az xəbər verir ki, bunu qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş deyib.

O söyləyib ki, ölkə daxilində və xaricində Türkiyənin uğurlarına qısqanclıqla yanaşan bütün qüvvələr “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan qarşı birləşsə də, xalq birinci turda öz liderinə sahib çıxıb: “İkinci turda daha rahatıq, çünki “Cümhur İttifaqı” parlament seçkilərinin qalibi olub və bundan sonra da xalqımızın istəklərini, hüquqlarını parlamentdə qoruyacaq”.

N.Kurtulmuş sadəcə bir seçimin olduğunu diqqətə çatdırıb: “O da dünyaya liderlik nümunəsi göstərən, təkcə Türkiyənin deyil, həm də dünyadakı məzlumların lideri Rəcəb Tayyib Ərdoğandır. Onun rəqibi isə bu ölkə üçün xidməti olmayan Kamal Kılıçdaroğludur. Terror təşkilatlarının dəstəklədiyi, onları heç vaxt qınamayan Kılıçdaroğlu indi də milliyətçilik oyununa başlayıb. Bazar günü seçki qutuları açılandan sonra xalqımız yenidən öz lideri Rəcəb Tayyib Ərdoğanı prezident seçdiyi məlum olacaq”.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button