Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə illik məlumat qəbul edilib

Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə edilib.

İllik məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.

Məlumat səsə qoyularaq qəbul edilib.

***

11.38


Milli Məclisin mayın 19-da keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilir.

İllik məlumatı Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edir.

Seyfulla Əzimov qeyd edib ki, ötən il ərzində insan alverinə qarşı mübarizə sahəsində geniş maarifləndirmə işi aparılıb. Respublikanın 55 şəhər və rayonunda, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar keçirilib. Bununla bağlı Bakı şəhərində geniş ictimaiyyət üçün nəzərdə tutulmuş təşviqat xarakterli videolar, təbliğat materialları paylanılıb, televiziya və radioda, videoportallarda verilişlər yayımlanıb.

O qeyd edib ki, təbliğat işinin aparılmasında ictimai təşkilatlar iştirak edib. Azərbaycanda insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılmasını, qurbanların hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsini təmin edən mükəmməl qanunvericilik bazası formalaşıb.

Mənbə
apa.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close