Milli Mədəniyyətin Təbliği ictimai birliyi qərb bölgəsində  ictimai şuraların təbliği haqqında regional  tədbir keçirmişdir.

Milli Mədəniyyətin Təbliği ictimai birliyi USAİD-in “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində ,  ABŞ-nın FHİ360 təşkilatının  tərəfdaşlığı ilə dövlət qurumlarının fəaliyyətində  şəffalıq və  ictimai nəzarətin gücləndirilməsində  vətəndaş cəmiyyəti insititutları, ictimai fəal insanların idarəçilikdə rolunun  artırılması məqsədi ilə maarifləndirici  layihənin II hissəsini həyata keçirmişdir.

Layihə çərçivəsində Gəncə şəhərində dövlət qurumlarının regional fəaliyyətlərinə diqqət  yetirilmişdir. Tədbirdə vətəndaş cəmiyyəti insititutlarının nümayəndələri, siyasi partiyalar, yerli özünü idarəetmə orqanları və dövlət qrumlarının regional nümayəndəlikləri iştirak etmişdir. Təbdirdə çıxış edən müstəqil expertlər  ictimai şuraların fəaliyyətinin vətəndaşlar üçün əlçatan olmasını bu sahədə əhalinin maarifləndirilməsinin önəmli olduğunu  qeyd etmişlər.  Regionda yerləşən ictimai aktiv vətəndaşlara və birliklərə  Gəncə şəhəri icra hakimiyyəti yanında ictimai şuranın yaradılmasında təşəbbüslə çıxış etmək tövsiyyə olunmuşdur.   Ümumilikdə dövlət, yerli özünü idarəetmə, vətəndaş cəmiyyəti nümayəndələri və aktiv insanların iştirak etdiyi  tədbirdə ictimai iştirakçılığın optimal təşkili haqqında  müzakirələr aparılmışdır.

Hamısını Göstər

Related Articles

Back to top button