Mingəçevirdə su anbarını çirkləndirənlər barəsində qanuni tədbir görülüb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması  və sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə su anbarı yaxınlığında yerləşən ictimai iaşə müəssisələrində müvafiq yoxlamalar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən yoxlamalar zamanı bəzi obyekt sahibləri tərəfindən sanitar-gigiyena və ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları aşkarlanıb. Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar onlarla maarifləndirici söhbətlər aparılıb və üç sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq aidiyyatı üzrə Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilib.

Hamısını Göstər

Related Articles

Back to top button