Mingəçevirdə yol polisi ictimai nəqliyyatda reyd keçirib

Mingəçevirdə ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən sərnişin və sürücülər barəsində tədbir görülüb.

Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları karantin rejiminin qayda və tələblərinə vətəndaşlar tərəfindən riayət edilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərlə maarifləndirici söhbətlər aparılıb. Yol polisləri onları avtobuslarda olan zaman tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Profilaktik tədbir zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər yol polisi əməkdaşları tərəfindən müəyyən edilib,onlara tibbi maskalar paylanılıb. Edilən xəbərdarlıqlara məhəl qoymayanlar barəsində isə inzibati tənbeh tədbiri görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button