Misir Prezidenti: Azərbaycan Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edir
![](/wp-content/uploads/2024/06/17178449613060656120_1200x630-780x470.jpg)
Bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir.
Polise.az xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
“Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdik”, – deyə Əbdülfəttah əs-Sisi söyləyib.
Polise.az