Moskvada ermənilərlə azərbaycanlılar arasında qarşıdurma: 30 nəfər həbs edildi

Moskvada kütləvi dava iştirakçılarının 30-dan çoxu həbs edilib. Onların 5 il ərzində Rusiyaya girişi qadağan ediləcək.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin saytında məlumat verilib.

Saxlanılanlar “xırda xuliqanlıq” maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Onlara qarşı xuliqanlıq və soyğunçuluq şübhəsi ilə cinayət işi başlanılıb.

“RİA Novosti”nin hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən verdiyi xəbərə görə, söhbət ermənilər və azərbaycanlılar arasındakı münaqişədən gedir. Rəsmi olaraq Moskva polisi rəsmi olaraq bu məlumatı şərh etmir.

Mənbə
virtualaz.org
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close