Moskvanın bütün aeroportları bağlandı

Moskvanın dörd hava limanının hamısı — Vnukovo, Domodedovo, Şeremetyevo və Jukovski aeroportları təyyarələrin qəbulunu və uçuşunu müvəqqəti olaraq dayandırıb.

Polise.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi olan “Rosaviasiya” məlumat yayıb.

Qurum açıqlama verərək məhdudiyyətlərin uçuş təhlükəsizliyini təmin etmək üçün tətbiq olunduğunu vurğulayıb.

Bundan az öncə isə Moskva meri Sergey Sobyanin paytaxt yaxınlığında 15 PUA-nın məhv edildiyini bildirib. Moskva hakimiyyətindən şəhərə hücumlar barədə başqa heç bir məlumat verilməyib.

“Rosaviasiya” hava limanlarının fəaliyyətini nə vaxt bərpa edəcəyini açıqlamayıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button