Müdafiə naziri işğaldan azad edilmiş ərazilərdə yerləşən hərbi hissədə olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissədə olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Zakir Həsənov bölmələrdə aparılan işlərlə tanış olaraq hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığını yoxlayıb. Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən müdafiə naziri hərbi qulluqçularla birgə nahar süfrəsi arxasında söhbət aparıb.

Hamısını Göstər

Related Articles

Back to top button