Müdrik kəlamlar – aforizmlər

Ərəb zərb  məsəlləri

  • Böcək də anasının gözündə qəşəngdir.
  • İblis evini dağıtmaz.O, Allahı tanısa da şər əməlindən qalmır.
  • Milçək üzdəki süd yerini yaxşı tanıyır.
  • İnsana bədbəxtlik gələndə bütün sahələrdə –evdə,işdə,hər yerdə onu yaxalayacaq .Amma səbr etmək lazımdır.
  • Yəhudiyə kömək etmək istəyəndə: “Bu gün mənim bayramımdır”-deyə sevinir.
  • Qarışqanın bir ildə yığdığını monax bir gecədə yeyir.
  • İtin hürməsi  göyü narahat  etməz.
  • Ehtiyatsız yola düşmək yolçunu geri dönməyə vadar edər.
  • Meymun xasiyyətli hakimiyyət məmurlarının qarşısında rəqs etmək lazımdır.(rəqs et)
  • Gəminin kapitanı bir yol,matros başqa yol  nəzərdə tutanda dalğaların qurbanına çevrilər.
  • Ağıllı xidmətçini istiqamətləndirməyə ehtiyac yoxdur.(Tənbəli öyrətmək və məcbur etmək lazımdır)
  • İmkanlı şəxslərə hədiyyə ver ki, gözünə baxmağa utansın.
  • Borc vermək özünü məhv etməkdir.(düşmən qazanmaq istəyirsənsə borc ver)
  • Qorxağın anası övladından ötrü narahat olmaz.
  • Dil boynun düşmənidir.
  • Taxıl əldən-ələ keçsə də son məqamda dəyirmana qismət olur.
  • Borc hər iki üzü (sifəti) qaraldır.
  • Vərdiş beşinci naturadır.
  • Məsciddə sidiyə gedən meymuna irad tutdular: “Allahdan qorxmursan, günahına görə  səni başqa canlıya çevirər?”

-“Onda qorxardım ki,  məni marala çevirsin”-meymun cavab verir.(Ərəblərin arasında meymun eybəcərlik,maral isə gözəllik rəmzi kimi müqayisə olunur.Ona görə meymun  belə cavab verir) “Allah səni dəyişə bilər” təhqir kimi yayılıb.

  • Pis qonşu evə gətiriləni görür.
  • Atlı ata minən kimi ayaqları ilə atı döyəcləyir .Vəzifəsində oturan da tiranlığa belə meyl edir.
  • Müvəffəqiyyət insanı bacarıqlı edir.
  • Su götürdüyün quyuya daş atma.
  • Sənə xidmət edilən evi dağıtma.
  • Şahin ölən zaman da gözü ov axtarır.(Tiran həmişə tirandır)
  • Küləklə dəniz həmişə münaqişədə olur.
  • Matroslar heç vaxt küləyi arzulamırlar.
  • Kirayəyə  götürülən  palto səni  qızdırmaz.
  • Otarılan öküzün ağzını bağlamazlar.
  • Türk despotizmi ərəblərin ədalətindən yaxşıdır.(Tiranların pişikləri “ədalətli” siçanlardan   yaxşıdır.)
  • Zırramanın cavabı dilinin ucunda olur.(o ,fikirləşmədən ,ağlına nə gəlirsə deyir)
  • Susmaq axmağa yaxşı cavabdır.(Axmağın qarşısında susarlar)
  • Dəvə başqa dəvənin yerində rahatlanır (uzanır) .
  • Kasıb yalnız göz yaşları ilə yardım edə bilər.
  • Qonşu sənin müəllimindir.
  • Xəstə xəstəni sakitləşdirə bilməz.
  • Bizə elə gəldi ki, səhrada da kişilər olur.
  • Pişiyin bütün arzuları siçanlar barədə olur.
  • Məhəbbətin gözü  kordur.Sevdiyin meymun da olsa gözəldir.
  • Mədə hansı yeməyi yaxşı qəbul edirsə, o yaxşı yeməkdir.
  • Sirkə satıcısı digər sirkə satanı sevməz.
  • İnəyi otaran zaman da ağlını işlət və məlumat almaq barədə çalış.
  • Vicdansız borcluda  nə varsa,hətta daşı da götür.
  • Xeyirxahlıq etməsən, şər görməzsən.
  • Kitabı adı ilə, məktubu ünvanı ilə mühakimə et.
  • Öz məhəlləsində tütək-ney  çalan tanınmaz.
  • Pozğunluq, fahişəlik bazarı həmişə açıqdır.
  • Sonsuz özbaşınalıqdan tiranlıq yaxşıdır.
  • Həmişə miyoldayan pişik heç nə tapa bilməz.
  • Qarşılıqlı  razılaşma dostluğun ilk şərtidir.
  • Sənə məxsus olmayan ayın günlərini sayma.
  • Sənə kölgə salan ağacı kəsmə.
  • Dostluğun tərzi sədaqətdir.
  • Qonaqpərvərin qonağı özünü qonaqpərvər kimi aparar.
  • Günahsızı döyürlər ki, günahkar  günahını boynuna alsın.
  • Göz görmürsə ürək qəmlənməz.
  • Müdrik insanlar bir-biri ilə mübahisə etmirlər.
  • Təhlükəli vəziyyətdə nə qardaş olur, nə də dost.
  • Yalanın ömrü uzun olmur.
  • Biz onu dilənçiliyə öyrətdik,  birinci  bizdən başladı.
  • Günəşi örtmək mümkün deyil.
  • Kor çirkin iş görür elə bilir ki, onu görmürlər.
  • Yoxsulluqla nifrət bir yerdə təhlükəlidir.
  • Ölümdən qaçdı amma əlinə düşdü.
  • İnsanın dəyəri işində bilinər.
  • Xoruzdan soruşdular:- Yuxuda nə gördün?

-Gördüm ki, adamlar taxıl səpirlər.

  • Siçana dedilər:-bu iki tikə qəndi götür,bu məktubu apar ver pişiyə.

Siçan cavab verir:Mükafat əladır,amma tapşırıq çox ağırdır.

  • Ağa köləsinə qışqırır : Ey kölə, mən səni almışam haa.

Kölə cavab verir: Bu sənin işindir.

-Birdən qaçmaq istəyərsən haa…-ağa soruşur

-Bu da mənim işimdir –deyə qul cavab verir.

  • Qurddan soruşurlar :-Bu bədbəxt qoyunu niyə izləyir ,dalınca düşmüsən ?

Qurd cavab verir: -Onun qaldırdığı toz göz üçün çox xeyirlidir.

  • -Kasıb ağasından xahiş edir ki,yemişin qabığını ona versin.

“Eşit”-deyə ağası cavab verir.Sənin ağan yemişi qabığı ilə yeyir.

  • Hər bir insan xoşbəxtliyinin dəmirçisidir.(M.Jvanetskiy)
  • Sürünən kimi doğulanlar hər yerə dırmaşa bilirlər.
  • Heç vaxt düşmənin axmaqlığını və dostlarının sədaqətini artırma.
  • Həyatın  “Son günü” kimi yaşamağı bacar.
  • Zəiflər bağışlamağı bacarmırlar.Bağışlamaq,əfv etmək güclülərə xasdır.(Qandi)
  • Yaşamağın yeganə üsulu başqasına həyat verməkdir.(Qandi)
  • Hər bir insanın üç xarakteri olur:Taleyinə yazılan, özünün özünə yazdığı və həqiqətdə olan xarakter.(Hüqo)

Müəllifi bilinməyən aforizmlər

  • Hər beli əyri dəvə deyil.
  • Ac kölə oğurlayar, tox isə məkrli (kinli) olar.
  • Hüququ  qazanırlar  (əldə edirlər) o itmir
  • Yataq dəsti almaq olar, yuxunu yox ; Saat almaq olar, vaxtı almaq olmaz; Kitab almaq olar, biliyi yox; Ev almaq olar , ocaq yox;
  • Həkimə pul vermək olar,sağlamlığı almaq olmaz.
  • İstəsək də istəməsək də vaxt hər şeyi müalicə edir və istədiyini  alır.Sonra qaranlıqda qalırıq.Bu qaranlıqda tapdığımızı itiririk.
  • İnsan doğulmaya bilər, amma ölümü mütləqdir.
  • Ən nadir dostluq insanın başı və beyni ilə dostluğudur.
  • Heç yerin ağrımırsa xoşbəxtsən.
  • Güclü insanlar həmişə sadə olurlar.
  • Qəzəb və kin içimizdədir, onu çıxardıb atmaq lazımdır.
  • Səhv etmirsənsə deməli, yeni bir şey də etmirsən.
  • Yuxarı tüpürməzlər.
  • Keçmişə boylananda papağını çıxart,gələcəyə baxanda qollarını çırmala.

                                  Çin aforizmləri

  • Bir müdrik adamdan soruşurlar:

-İnsan həyatının məqsədi nədən ibarətdir?

-Bilmərəm – deyə cavab verir.

Təkrar soruşurlar:

-Bəs, həyatın mənası nədir?

-Bilmirəm –müdrik insan cavab verir.

-Bəs sənin müdrikliyin həyat barədə nə bilir?

Müdrik adam gülür:

Həyatda məqsəd və məna o qədər də mühüm deyil.Başlıcası onun dadını hiss etməkdir.Axı, nəyinsə dadını müzakirə etməkdənsə onu yemək daha yaxşıdır…

  • Həyatın məqsədi özünü ifadə etmək, təsdiq etmək və  yaşamaqdır.
  • Öz-özünə heç nə baş vermir.Hərəkətdə və fəliyyətdə olmaq lazımdır.
  • İnsan kimliyindən asılı olmayaraq üzü və alnı tərləyənə qədər zəhmətə qatlaşmalıdır.Həyatın mənası və məqsədi bunda ifadə olunur,səadət burda yaranır.
  • Məqsədsiz və mübarizəsiz həyat duzsuz yeməyə bənzər,yemək olsa da dadı olmur.
  • Yaşamaq ümidində arzular,arzularda məqsəd,məqsəddə isə həyat var.
  • Hər gün axşam özünə iki sual ver.

-Bu gün nə etmişəm? Sabah planlarım nədən ibarət olacaq? Sənin həyatın yaxşılığa doğru dəyişəcək.

  • Sev, arzula ,çalış, sevil, amma alçalma,əyilmə.
  • Həyat yuxudur, bir yuxu.  Ölüb sonra  dirilirik.
  • Müdriklik və böyüklük adamın daxilindən başlayır.(Konfutsi)
  • Taleyin ədalətli olmasa da həyat oyundur,yaxşı oyna.
  • Optik silahın nöqtəsi kiminsə  alnındadır.
  • Heç nəyin yoxdursa düşün ki, həyat var.Həyat varsa hər şey var.
  • Səhv etməkdən qorxma, səhvi təkrar etməkdən qorx.
  • Keçmişə qayıtdıqca gələcəyə olan qapını bağlayırıq.Bu ona layiqdirmi?
  • Ürək-qəlb alma deyil ki,  paralayasan.
  • Heç kim sənə dost və düşmən deyil, hər ikisi sənin üçün müəllimdir.
  • Külək tozu nə qədər səmaya qaldırsa da dəyəri olmur,qiymətli daş zibillikdə olsa da qiymətini itirmir.
  • İnsanları dostlarına görə mühakimə etməyin.İsa (ə.s) peyğəmbərdə onlar daha sədaqətli idilər.
  • Zaman yaranı sağaldır-  sakitləşdirici ancaq sözdür.
  • Sənə xəyanət etmiş insanların yanına qayıtma.Onlar dəyişilmirlər.
  • Allaha problemlərin barədə danışma.Problemlərinə sarı get və söylə ki, mənim Allahım var.
  • Qadına nə vermisənsə o, sənə ikiqat qaytarır.Sən ona ailə bəxş edirsən,o, sənə uşaq, sən ev düzəldirsən o sənə  səliqə və sahman,sən təbəssüm bəxş etsən o ürəyini verəcək.Qadın həmişə ikiqat ödəyir və artırır.Nə qədər pislik etsən də yenə artıqlaması ilə alacaqsan.
  • Satqınlığın və xəyanətin müddəti olmur.
  • Zəiflər intiqam alır, güclülər bağışlayır,əfv edirlər.
  • Sutka ərzində həyatı yox ,fikri dəyişmək olar.
  • Müdrikdən soruşdular:

-İnsanlarda hansı cəhətlər diqqətinizi çəkdi, təəccübləndirdi?

Uşaqlıqdan yorulub böyüməyə tələsdim.Böyüyüb sonra uşaqlığa qayıtmaq istədim.Qazanc əldə etmək üçün sağlamlığımı itirdim,sonra qazandığım sağlamlığımı bərpa etməyə çatmadı.Gələcək haqqında həyəcanla düşündüm, bu günü unutdum.Sanki heç vaxt ölməyəcəm deyə – yəqin ki,öləndə də heç vaxt yaşamadığım haqda düşünəcəyəm.

  • Keçmiş və gələcək yoxdur.Bu gün var.Hazırda yaşadığın an, saat və gün var.Bu Allahın bəxş etdiyi gözəl dünyaya baxın və nəfəs alın .Bu gözəlliklərə baxdıqca yaşayırıq -demək.
  • Ömrün boyu qaranlığa nifrət edə bilərsən, amma kiçik bir şam yandırmaqla nifrətə son qoyulur.(Konfutsi)
  • İnsanla heyvanın fərqi odur ki, insan intihar edə bilir.
  • İnsanları tanıyan xeyirxah təfəkkürlüdür.Özünü tanıyan (işıqlıdır) ziyalıdır.Qalib çıxan güclüdür.Özünə qalib çıxan  hər şeyə qadirdir.Qüsurlarını bilən zəngindir,kim inadkarcasına fəaliyyət göstərirsə iradəyə malikdir.Kim təbiətini itirmirsə əbədidir.Ölən unudulmursa ölməzdir.(Lao Tsizi)
  • Ölmək hər şey bitdi demək deyil.Əsas odur ki, vaxtında öləsən.
  • Göy özü haqqında  mən ucayam- demir.
  • Həyatda hər şeyi unutmaq olar, lakin dünya şöhrətini unutmaq çətindir.
  • İnsanlar yeyib doyduqda,isti geyindikdə, lakin yaxşı şəraitdə yaşayıb tərbiyəyə məruz qalmadıqda onlar heyvanlara yaxınlaşır.
  • Əxlaq kövrək  ota bənzər, külək əsən səmtə ot da əyilir.
  • Tərbiyə məsələsində insanlar arasında fərq qoymaq olmaz.(Konfutsi)
  • Adamın əlində saxladığı verə baxdıqda onun necə tərbiyə olunmasına və hansı cəmiyyətdə yetişdiyini müəyyən etmək olar.
  • Həqiqi mənəviyyatın və əxlaqın nədən ibarət olduğunu anlasaq, yerdə qalanlar aydın olacaq.(Konfutsi)
  • Güzgü özünə işıq sala bilməz.Tərəzi  özünü çəkə bilməz.Xəncər qınından çıxsa da özün doğraya bilməz.(Çion Çao)
  • Xalqın daimi məşğuliyyəti olmayanda daimi xeyirxah, xoş hisslərə də malik olmur, belə olanda xalq buraxılır, əxlaqsıza çevrilir və istənilən axmaq və sərsəm işə qadir olur.
  • Yalan danışan ifşa olunduqda ,məmur rüşvət alan zaman, rahibə hamilə olanda xəcalət çəkərlər.
  •  Alim nimdaş geyimdə, yoxsul süfrədə yemək zamanı  utanaraq həqiqəti axtarır.
  • Zəhərli ilan ölçüsündən asılı qalır.
  • Pis adam istənilən məsafədən pisdir.
  • Dünya qüsurlu insanlarsız, meşə əyri ağaclarsız  olmur.(Çin məsəli)
  • Mən xeyirxahlığın nə olduğunu bilmirəm.Əgər insanlar məndə hansı cəhətimi dəyərləndirirlərsə bu mənim ləyaqətimdir.Mən şərin nə olduğunu da anlamıram.O şeyi ki, insanlar məndə sevmir və qəbul etmirlər-bütün bunlar qüsurlarımdır.(Çin məsəli)
  • Pis danışığından qorxma, qorx ki, pis etmisən.
  • Ağıllı, müdrik adam səhvini tez düzəldir.Nadanlar qüsurlarını etiraf etməkdən qorxurlar.
  • Özünə hörmət edən adam həmişə yığcamdır.
  • Ölünə qalib çıxmaq üçün onunla barışmalısan.(Viktor Frayda)
  • Səadət qapının yanında, lap yaxındadır.Onun çox sadə açarı var. “Mənə sənsiz çətindir”
  • Barışıq üçün səbəb lazım deyil. Sadəcə gedib barışmaq lazımdır.
  • Həyat məndə dağılmağa  nə varsa dağıt, yerlə yeksan et. Məndən də istifadə elə, mənimlə yarat,mənimlə hər anımı rəsmə çək.Mənə tam unikal  həyat sürməkdə- yaşamaqda kömək et, mənə meşənin istifadə olunmayan yerləri ilə getməyimə yardımçım ol.Nə vaxtsa mümkün saydığım və az qala yolumu aza biləcəyim sevgini dərindən anlamağın yolunu göstər.Vaxtilə üz döndərdiyim adamlarla məni üzbəsurət qoy.Baxım Allahın yaratdığı varlıqdan üzrxahlıq edim.Hansı şeylərdən imtina etmişəmsə bir də onları mənə göstər…Mənə hər döyüşdə -mübarizədə olduğum şəraitə tab gətirmək üçün dözüm ver, yükümü yüngülləşdir ki,yorğunluğum çıxsın.
  • Yumşaq dil sümüyü qırar. (Süleyman ə.s)
  • Xoş, yaxşı adla xatırlanma böyük sərvətdən üstündür.(Süleyman s.ə)
  • Axmaq da susanda müdrik görsənə bilər.(Süleyman ə.s)
  • Külək üzərində və ölüm saatına hökmranlıq mümkün deyil.(Süleyman ə.s)
  • Hər şeyin öz vaxtı var:dünyaya gəlmə və getmə vaxtı;Dağıtmaq və tikmək,qurmaq vaxtı; Daş atmaq və daşları hörmək vaxtı.Susmaq və danışmaq vaxtı.        (Süleyman s.ə)
  • Kasıbı ətrafı da sevmir.Varlının dostu  çox olur.
  • Həyat velosipedi sürməyə bənzər müvazinətini saxlamaq üçün hərəkət etməkdir.
  • Mən doğulanda ağlamışam .Ətrafım sevincdən gülüblər.Elə həyat sürməliyəm ki, ölən zaman gülüm ətrafım isə ağlasın.
  • Buraxdığın hər səhvə dərs kimi yanaş.O sənə həyatda kömək edəcək.
  • Arxaya ümidlə,geriyə təşəkkürlə,yuxarı inamla,ətrafına isə sevgi ilə bax.
  • Hara gedirsənsə qəlbinlə get.(Konfutsiy)
  • Gözəllik sevgini dəvət etmir, sevgi bizi məcbur edir ki, gözəlliyi görək.(L.N.Tolstoy)
  • Həyat qısadır.Mühüm olan sözləri deməməyə vaxt yoxdur.(Paulo Koelyo)
  • Haqsızlıqla (ədalətsizliklə) ya əməkdaşlıq edirlər, ya da savaşırlar.(Fransız filosofu  Albert Kamyu)
  • Ayrılıq sevgi üçün –od üçün külək nə qədər əhəmiyyətlidirsə, bir o qədər  ayrılıq sevgini alovlandırır.(Fransız aristokratı Roje de Byussi- Rabyuten)
  • İti ağıl gözəlliyi əvəz edə bilir.(Fredrik Stendel)
  • Döyüşdə məzuniyyətə imkan verilmir.Şərəfsizliyin şərəfsizliyə ağalığı yoxdur.
  • Həyatınızı başqası tərəfindən seçilən rollarla oynamağa sərf etməyin.(Paulo Koelyo)
  • Başqasının taleyini bədəninə ölçüb biçmə.O sənin ölçündə deyil.Hər bir fərdə Rəbbimiz tərəfindən öz yolu, sağlamlığı,hətta inamı verilir. (müəllifi bilinmir)
  • Var-dövlət xəzli paltoda və yaxud brend markalı maşında gəzmək deyil.Var-dövlət  canlı valideynləri, sağlam uşaqları, sədaqətli və inamlı dostları və sənə arxa duranları olmaqdan başlayır.(Odli Xelbern)
  • Bəxtin gətirməyibsə bu o demək deyil ki, Allah səni unudub.Deməli,  Allah sənin üçün yaxşı yol nəzərdə tutub.
  • Ürək gül kimidir.Onu zorla açmaq olmaz.Özü açılmalıdır.
  • Taleyin,həyatın faciəsi ondadır ki,tez qocalırıq, lakin çox gec müdrikləşirik.(Franklin  Ruzvelt)
  • Həyatda səni dərinliyə dartan, çəkib aparan və yuxarı qaldıran  bir nəfər var, o da özünsən.
  • Bəzən təəccüblənirsən ki,gün nə tez gəlib keçdi,sonra düşünürsən ki, bu, gün yox, həyat imiş.
  • Əgər, yumurta xaricdən kənar güclə  qırılırsa həyat bitir, yumurta daxildən qırılırsa deməli həyat başlayır.
  • Qaçan adam yıxılar.İməkləyən yıxılmır.(Pliniy Starşiy)
  • İnsanda əsas ağıl yox, onu idarə edən xarakteri , ürəyi və xoş hissləridir.(F.M.Dostoyevski)
  • İnsan həyatı kibrit qutusudur.Ciddi davranmaq gülməli, qeyri-ciddi  təhlükəlidir.
  • Adam var qəlbi ümman qədər genişdir, ora baş vurmaq istəyirsən. Adam da var qəlbi gölməçəyə bənzər, özünü batırmamaq üçün ötüb keçərsən.
  • Dərin çaylar atılan daşları hiss etmir.İnsan da belədir atılan daşlara reaksiya verirsə o çay yox- gölməçədir.
  • Həmişə çətin yolu seçsən orada özünə rəqabət tapmazsan.(Dostoyevski)
  • Həyatda başqasını yox, özünü ötməyə çalış, özünlə yarış.
  • Düşün!Allah heç vaxt yubanmır, Onu tələsdirmə! O, sənə nəyin lazım olduğunu və onu sənə nə vaxt verəcəyini çox yaxşı bilir.Ona görə qəm çəkmə .Yetər ki, Ona inanasan.Səbrli  və xatircəm ol, gülümsə.
  • Sən lazım olanda yanına tələsirlər.Sənə lazım olanda onlar məşğuldular, sənə vaxt ayırmağa imkanları olmur.
  • Təbiətcə bütün insanlar azad və müstəqildilər.
  • Cəhənnəm insan ürəyində sevginin bitdiyi yerdir.
  • Bu günün  iki sabaha dəyər.(Bencamin Franklin)
  • Zaman böyük bir müəllimdir,amma təəssüf ki,  şagirdlərini öldürür.(Bencamin Franklin)
  • Sevgim üçün hər şeydən imtina edərəm,azadlığım üçün isə sevgimdən də imtina edərəm.(İohan Höte)
  • Hər su olan yerdə qurbağa yoxdur,amma qurbağa səsi olan yerdə su var.(İ.Höte)
  • Qardaşlarımı Tanrı verdi, dostlarımı isə özüm tapdım.(İ.Höte)
  • Aclıq ən ağıllı balıqları da qarmağa –tilova gətirir.(İ.Höte)
  • Çox soruşursansa deməli pis xəbər almısan.(İ.Höte)
  • İnam yerlə göy arasında körpüdür.(İ.Höte)
  • İndiki şairlər mürəkkəblərinə daha çox su qatırlar.(İ.Höte)
  • Qanun güclüdür,ehtiyac isə ondan da güclüdür.(İ.Höte)
  • Cəmiyyətdən kənar insan yoxdur .(İ.Höte)

               Məhəmməd  (s.ə.s) peyğəmbərin kəlamları

  • Qadının cihadı ərinə yaxşı baxmasıdır.
  • Allah yalnız  rəhmli bəndələrinə rəhm edər.
  • Allahın öz yaratdıqlarına olan mərhəməti, ananın öz övladına olan mərhəmətindən daha çoxdur.
  • Rəbbimiz bəndəsinin Ona tərəf uzadılmış əllərini geri qaytarmaqdan və onu ümidsiz qoymaqdan həya edər.
  • Qəlb kor olduqdan sonra görüb görməməsinin nə faydası?
  • Həya və iman bir beşikdə iki körpə kimidir.
  • Kafirlərin qəlbləri var, lakin borc və vəzifələrini anlamazlar.Gözləri vardır,lakin onunla Allahın möcüzələrini (inkişafı) görməzlər,qulaqları vardır,lakin öyüd- nəsihət eşitməzlər.Onlar heyvan kimidirlər, bəlkə daha da azğındırlar. (Əl-Ərat 179 ayə QURANİ-KƏRİM)
  • Klassik Roma hüququ  Allahsızlığa və küfrlüyə görə cəzanı əbəs sayırdılar.Allah özü öz müdafiəsində durmalıdır.
  • “Femida”nın  gözünü açsaydıq hər şey ona şəffaf görünərdi və azad insanlar daha çox olardı.
  • Bəzən günahkarlardan daha çox şahidləri dindirmək üçün vaxt sərf olunur.

Əbu Turxan

  • Bütün yollar qaranlıqdan işığa doğrudur.
  • Qaranlıq işığın yoxluğundan, kölgə işığın çoxluğundan törəyir.
  • Dünya insan qəlbinin hənirtisi ilə canlanır və isinir
  • Alın yazısı bir dəfə yazılır,amma insan o yazının üzərində yenidən əlavələr edə bilər.
  • Məhəbbət bir ruhun başqa bədəni istila etməsidir.
  • Ləyaqətsiz adamı təhqir etməyə ehtiyac yoxdur.
  • Pis adamın savadlısı daha  təhlükəlidir.
  • Yolu ağıl seçir, iradə hərəkətə gətirir,inam isə yola işıq salır.
  • Kainatda boşluqlar yox,gizlinlər var; nə vaxtsa işıqlansa xəzinələr bəlli olacaq.
  • Təbiətdəki hadisələr, fəsillər yerini dəyişsə möcüzədir.
  • Hər bir insan boyuna biçilmiş həyatı yaşayanda xoşbəxtdir.

Albert Kamyu

  • Dünyada hər cürə pislik cəhalətdən gəlir.
  • Ədalət olmadan nizam olmaz.
  • Bir insanın tək başına xoşbəxt olması utanılacaq bir şeydir.
  • Təklikdə xoşbəxt olmaq  mümkün deyil.

Fridrix  Nitsşe

  • İnsan kobudluğu ilə heyvanı da geridə qoyur.
  • Barmağını uzadıb birini günahlandırdığın zaman  3 barmağın səni göstərdiyini unutma.
  • Əgər  əsgərlər düşünməyə başlasaydı orduda bir adam qalmazdı.
  • Tənha adam üçün səs-küy də təsəllidir.
  • Elə adam var ki, başını itirəndən sonra ürəyini tapır.
  • Hakim danışan qanun ,qanun isə lal hakimdir.(Siseron)
  • Apellyasiya bir hakimin digər hakimə hörmətsizliyinin ifadəsidir.(Piter Danon)
  • İtlər oğruları təmiz adamlardan ayıra bilmirlər,amma gecələr Kapitoliyaya daxil olan kəsləri hiss edib hürür.Bu, heyvan olsa da  xeyir var və  yad adamın olduğunu xəbər verir.Amma əgər itlər gündüz vaxtı ibadət edənlərə hürsələr, biz onları kötəkləyərdik ki,heç bir şübhəyə əsas olmadığı halda it niyə hürür.İttiham olunanın da vəziyyəti oxşardır.Bir görən şahid,  eşidəndən yaxşıdır.(Plavt)
  • Təbiəti dəyişmək çox çətindir, bəlkə də fəlakətlidir.Lakin həyat dənizi dəyişkəndir.Bu gün şən, sabah dərd,qəm..Bu da bir həyatdır davam edir.Etibarsız  həyat… (Lone de Beqa)
  • Maddələr mübadiləsi   ölməzliyin  surroqatıdır.(Anton Çexov)
  • Həyat xəstəliyin anası, təfəkkür həyatın xəstəliyidir(mərəzidir) (Arkadiy və Boris Strenqatskiye)
  • İnsana xas olan cəhətlər hamıda var.Üç  kateqoriyaya malik insanlar var; Bir qrupu əldə etməyə ; ikinci qrup yaşamağa ;üçüncü qrup nəyi isə etməyə çalışır.Şəxsiyyət isə müəyyən istiqamətə meyli  qabiliyyəti ,bacarığı , xarakteri və özünü düşünməsi ilə  şərtlənir.
  • Alov sönər, amma soyumaz. (Qədim  hind məsəli)
  • Tülkü yununu dəyişir, xislətini dəyişmir.
  • Ağıllılar , bir də axmaqlar dəyişmirlər.
  • İnsanı böyük mənada insan zirvəsinə ucaldan danışmağından çox susmağıdır.(Albert Kamyu)
  • Ləkə adlandırdığımız, bəzən təmiz görünür.(Beslav Brudzinski)
  • Əvvəlcədən kor sandığımız adamı arxadan da tanımaq mümkündür.(Gebrq Lixtenberq)
  • Qızılı əyyarı ilə , qadını qızılla, kişini isə qadınla tanıyarlar.(Xilom)
  • Əxlaq hər bir insanın əks olunduğu güzgüdür.(İohann Höte)
  • İnsanın qəlbi onun işi ilə ölçülür.Xətalarımız bizdən çox danışır.(Mişel do Monten)
  • İnsanın biliyi onun çəkisini  artırar, xətaları isə onu parladar.Amma çox insanlar buna  ancaq baxar,  əhəmiyyət verməzlər.(Tomas  Karleyl)
  • Özgənin qəlbinə tüpürmək asan, daxil olmaq isə çox çətindir.
  • Həkim pasiyentini (aciz) zəifliyi ilə, hüquqşünas qarşısında duranı bütün çatışmaz cəhətləri ilə , teoloq  insanı onun bütün boşluğu ilə görür.(Artur Sopenhagen)
  • Sərhədi keçdikdən sonra ayrılığı başa düşürsən.
  • Ciddilik xarakterin –xasiyyətin əsasıdır.(Onore de Balzak)
  • Xarakter davranışın modelidir.O fərdin həm də xaraketeridir.
  • Xətaları səpsən vərdiş biçəcəksən, vərdişlərini əksən xarakter biçəcəksən,xarakterini əksən taleyini biçəcəksən.(Uliyam Tekkerey)
  • Xarakter insan qabiliyyətinin ən böyük gücüdür.(Kuno Fişer)
  • Xarakter zəifliyin(acizliyin)  qətiyyətidir.
  • İradə- gücün alətidir.İradə gücdür, qəti iradə isə qələbədir.
  • Cəmiyyətdə xaraktersiz insan qədər təhlükəli heç nə yoxdur.(Jan Dalamber)
  • Zəif xarakterlilər alçaqlığa namizədlərdir.
  • Kimdə güc ,acıq və qəddarlıq  üçün material yoxdursa,deməli, xeyirxahlıq üçün də onda heç nə yoxdur, gücsüzdür.
  • Ciddi addım atmağa qərar qəbul etmək lazım olanda, bəziləri bəlkə də hər biri inamını dəyişməli olur.(Bernard Şou)
  • Güclü adam qərar qəbul edənə qədər, zəif adam qərar qəbul etdikdən sonra tərəddüdə qapılır . (Karl Krays)
  • Tərəddüd (şübhə) həqiqətin pıçıltısıdır.
  • İki fikirli adam özünün bütün yollarında qətiyyətli deyil.(Tövrat)
  • Seçim özünü tapmaq, aşkar etməkdir.
  • Yuxular tərəddüdlüləri tanımır.(Çin məsəli)
  • Bacarıq qələbənin başlanğıcıdır.(Plutarx)
  • Dünya bacarıqlı insanların çiynindədir.(Kuzma Çornıy)
  • Qəhrəmalıq və şəhidlik həyat tərzi deyil, ölümün  görk olacaq cinsidir.(Qabriyer Laub)
  • Tanrı dovşanı cəzalandırmaq istəyəndə ona qoçaqlıq verir.(Q.Amurova )
  • Həyəcan bütün müdrikliyin başlanğıcıdır.(Pol Qolbax)
  • Qaynanası ilə bacarmayan arvadını söyər.
  • Doğrunu ancaq axmaq mübahisələndirər.
  • Tək çörək yeyən tək də öskürər.
  • Ürəyə aparan çox yol var.

                                 Misir aforizmləri

  • Musa (ə.s) hakimiyyətindən narazı qalan Fironun hakimiyyətində təqib olunar.
  • Qamışdan olan alovu tez söndürmək olar.
  • Qapı da cəftəsində hərəkət edər.
  • Pis mal sahibində qalar.
  • Düşmənçiliyə son qoyulmasa sülh olmaz.
  • İstifadəsində eşşək olanla iş görmə.
  • Dərmanın xeyri  acılığına səbr etməklə bilinər.
  • Qızılın əyyarı olmalıdır.
  • Zaman gələcək Firona da  Allahdan  bağışlanma istərlər.
  • Qələbə günü üçün yorulmaq olmaz.
  • Oğruya   “tala”, mal – mülkiyyət sahibinə isə  malını qoru -deyirlər .
  • Əgər sənə ayın işığı düşürsə ulduzlara ehtiyac qalmır.
  • Matrosu çox olan gəmi batacaq.  
  • Həyəcan ümidin görünməyən kölgəsi,qorxu ölümün nəfəsidir.
  • Ölüm ölənin yox, yaşayanın bədbəxtliyindəndir.(Epikür)
  • Kim yaşadığı zaman üzərində hökmranlığı istəyirsə, ona məxsus hər bir şeydə risqə getməyə və onun itkisini qəbul etməyə məhkumdur, ona hazır olmalıdır.(Onore de Balzak)
  • İnsanlar kiçikdir, partiyalar güclüdür, onların metodları isə ya amansız ya da səviyyəsizdir.Bütün bunlardan sonra  siyasi, sosial inqilab qaçılmazdır.(Şarl Prol)
  • Kim lampasını çiynində daşıyırsa, kölgəsini qabağa vermiş olur.(R.Taqor)
  • İnsanlıq qanuna zidd deyil.(Bibliya)
  • Hakimlərin üzərində mərhəmət qərar tutur.(Bibliya)
  • Günahkarlara qarşı amansızlıqdan kənar sərt olmaq gərək.
  • Cinayətkarlara mərhəmət , təmiz insanlara ziyan vurur.(təmiz insanlara nifrət etməkdir)
  • Cinayət işlərində sübutlar işıqdan da aydın olmalıdır.(Latın sözü)
  • Üzləşmədə meyit-ölü qatilini tanımaz.
  • Hakimlərə etimadsızlıq cəmiyyətin parçalanmasının əsasını qoyur.(Balzak)
  • Ədalət mühakiməsinin yolunda durmayın , Femida kor, gözləri bağlı və əlində xəncər.(Yeji Lets)
  • Günahsız taleyindən, günahkar isə qanundan gileylənər.
  • Cəmiyyətin bünövrəsi zorakılıqla yoğrulduğundan hər bir cəmiyyət cinayətkarlıqla xarakterizə olunur.Cəmiyyətin bəraətə ehtiyacı olduğu kimi, cinayətkarlığa da ehtiyacı var.Bu baxımdan cinayətkarlar yalnız “icra  alətidirlər”..Cinayətkarların anası varsa onlar artacaqlar.
  • Mütəşəkkil cinayətkarlıqla həddini aşan hakimiyyət siyam əkizlərdir.Qanunu          bilmək şirnikləndirmədən, onu bilməmək isə məsuliyyətdən azad etmir.Cinayətkar vəhşi kimidir, müasir cəmiyyətdə doğulsa da orda özünə yer tapa , müvazinətini saxlaya bilmir.(Çerake Lambrozo)
  • Kitabı yandırmaqdan da ağır cinayətlər var.Onlardan biri onu oxumamaqdır.( İosif Brodskiy)
  •  Ağlayanla gülən adam  arxadan baxanda  eyni adam kimi görünür. (Mel Bruks  Amerika rejissoru)
  •  Amerikanın prezidenti  Böyük Buş  ölkədə  abortların əleyhinə, ölüm hökmünün isə tərəfdarı idi.
  • Yoxsulluğumuzu  yarı bölək.(Lex Valenca Polşa prezidenti)
  • Termometri  sındırmaqla  hərarətiniz  getməyəcək.
  •  1787-ci  ildə  ABŞ-ın konqressi  daimi ordunun  sayını 10 min nəfər azaltmağı barədə qətnamə  qəbul olunmasını  təklif etmişdi.

-Əla fikirdir-deyə  Corc  Vaşinqton davam edir:Onda  düşmən ordusunun da min nəfərə qədər  məhdudlaşdıraq. Bundan sonra  Qətnamə  qəbul olunmamışdı.

  • Bütün xalqları iki  yerə bölmək olar: Yəhudiləri  qovanlar  və yəhudiləri özlərinə yaxın buraxmayanlar.  Haim Veytsman, İsrailin ilk prezidenti, B.Britaniya  kimyaçısı
  • Ola bilər ki, biz tacirlərin  övladlarıyıq , amma  həm də biz axı  peyğəmbərlərin nəvələriyik.
  • Hərbi qanunlar mahiyyətcə qanunsuzluqdur.
  • Hərbi qanunlar həmişə komandirlərin iradəsini  ifadə edib. Hersoq Bellinqton  Britaniya feldmarşalı
  • Vəzifə borcunu yerinə yetirən məmuru mükafatlandırmaq onu təhqir etməkdir.
  • Roma imperatorlarını ölümündən sonra ilahiləşdirirdilər.Roma imperatorlarından biri  Vespasian  (İmperator  Titin atası) ölümünü  hiss edərək  “Deyəsən mən ilahiləşirəm”-söyləmişdi.
  • Rəvayət edirlər ki, Tit Vespasianın  oğlu atasına: Ehtiyac içində olanlardan da vergi yığılır-deyə irad tutmuşdu. Atası isə gəlirindən dəmir qəpiyi götürüb oğlunun burnuna yaxınlaşdırıraraq soruşmuşdu:

-“İylənib?”
-“Yox”-deyə Tit  cavab vermişdi. “Necə  yəni, axı bu pul sidiydəndir”

  • Xoşbəxtliyi  axtaran sərxoş adama bənzər.Sərxoş evinin olmasını bilsə də yaşadığı binanı tapa bilmir. Volter Fransız yazıçısı
  • Bərabərsizlik  dərd deyil, asılılıq və  əzabdır.
  • Sülh  şəraitində  oğullar atalarını, müharibə  dövründə  isə atalar övlad  tabutunu çiyninə alır və dəfn edir. Herodat.Qədim  yunan tarixçisi
  • Borclu olan yalan danışmalıdır.Herodat
  • Gənclik  tez ötüb keçən xəstəlik kimidir.
  • Bankları və zavodları  milliləşdirməkdənsə, insanları  milliləşdirmək lazımdır.Adolf Hitler
  •  Siyasət- aşırımdır (labirint) ordan çıxmaq, daxil olmaqdan çətindir.Vilyam  Qladston  Britaniya siyasətçisi
  • Gələcəyə qarşı  döyüşmək olmaz.
  • Mədəniyyətin səviyyəsi qadınlara olan münasibətlə müəyyənləşir.M.Qorki
  • Kim məktəb açırsa , o həbsxanaları  bağlayır.(Məktəb, ali təhsil ocaqları  olan yerdə  həbsxanalar  olmaz!)Hüqo
  • Ayrılıq xəbərsiz, qəflətən gəlməlidir. Bencamin  Dizrayeli
  • Başqasina  sərf etdiyin gün hədər getmir. Çarlz Dikkens. İngilis yazıçısı
  • Qədim yunan filosofu  Diogendən soruşurlar:

-Səhər yeməyinə nə vaxt başlamaq olar-sualına  varlısansa  (imkanın varsa) nə vaxt istəsən, kasıbsansa nə vaxt bacarsan – imkanın olanda  cavabını vermişdi.

  • Diogendən soruşurlar: Haralısan? – cavab vermişdi ki, mən dünya vətəndaşıyam, kosmopolitəm.
  • Köhnə məktubları  oxumaq xoşdur ona görə ki,onlara cavab verməyə ehtiyac yoxdur.Corc Bayron. İngilis şairi
  • Kimin dostu çoxdursa o dostsuzdur,dostu yoxdur. Aristotel
  • Müharibədə  qalib  çıxan elə bir xalq yoxdur ki, zənginləşsin.Volter. Fransız yazıçısı
  • İngilislər:  “vaxt puldur”-deyirlər,Ruslar –“həyat qəpikdir”. Rus məsəli
  •  Səhv etməkdə  azad deyiliksə, azadlığın heç bir dəyəri  yoxdur.Mahatma Qandi
  • Zəiflər əfv etməyi heç vaxt  bacarmırlar.Əfv etmək güclülərə xasdır.M.Qandi
  • Xalq,- dövlətin  nə istədiyini bilməyən hissəsidir.Fridrix  Hegel. Alman fillosofu
  • Kişilərin xoşbəxtliyi axşam evə qayıdarkən qadının sənin ayaq səslərini eşitməyindədir.Bilirsən ki, səni gözləyən var.Klark  Heybl.Amerika kino aktyoru
  • Ölüm də həyatda yaşamaq kimi təbii prosesdir.Adam ölməkdən qorxduğu kimi yaşamaqdan da qorxur.Heybl
  • Qadın  həm də ilan və almadır.
  • Qadın nifrəti elə sevgidir.Heyne  Henrix.Alman şairə
  • Hər bir insan bir dünyadır, onunla doğulan və ölən bir dünya.Məzar daşları altında ümumdünya tarixi var.
  • Gebbels nazir olarkən Henrix  Heyneni ensiklopodik lüğətdən silmişdi.Dünyanın işinə baxın! Birinə söz üzərində hökmranlıq verilir, digərinə isə lüğət üzərində. Don Aminada.
  • Kim gözləmədiyini gözləmirsə, o xəzinə və çətin tapılanı tapa bilməz.Heroklit
  • Aşağı və yuxarıya yol eynidir.
  • İstirahət qaçmaqda və ayaqüstə  olur.
  • İti ağıla malik olmaq cilalanmış  təkəbbürlülükdür.Aristotel
  • Göydə iki günəş, yerin və göyün iki sahibi ola bilməz.Makedoniyalı İsgəndər
  • Sev nə istəyirsən et.Əgər susursansa, sevgidən sus; danışırsansa sevgidən danış; məzəmmət edirsənsə, sevgidən məzəmmət et; əsirgəyəcəksənsə sevgidən əsirgə.   Avqustin  kilsə atası
  • Asta tələs, oğlum! Haqqında kimsə axmaqcasına danışarsa  hiddətlənmə! Əminsən ki, heç kim bizə qarşı axmaqlıq edə bilməz.   Oktavian Avqust .Roma imperatoru
  • Allahım! Mənə müdriklik ver, amma indi yox.   Avqustin kilsə atası
  • Qəlbim mənimlə deyil səninlədir. İndi də qəlbim səninlə deyilsə, demək o heç yerdə yoxdur!İnan! Pyer Abelyar, fransız filosofu və şairi
  • Kim demişdir ki, amerikan KİV satılmışdır?Yox, o satılmamışdır, sadəcə birdəfəlik və həmişəlik satılıb. Mark Tven
  •  Başlıqlar hadisələrin ölçüsünü  iki dəfə  artırır.   Con Qolsuorsi
  • Əgər müxtəlif mənbə  eyni sözü,eyni  məlumatdan verilirsə -deməli, onlar yalandır.
  • Qəzetdə yazılanlara inanmayın.
  • Şahmat döyüşü bitdikdən sonra bütün fiqurlar kisəyə yığılır, piyada kralla bir yerdə bir-birinə  qarışır.Həyatda da eyni hal baş verir.
  • Vaxt heç kimi gözləmir.Dünən-artıq tarixdir, sabah –müəmma ,tapmacadır,bu gün isə hədiyyədir və  hazırda “budur” adlanır.Gələcək isə bilinmir,gələcəkmi..
  • Çap –hələ ictimai rəy demək deyil.Bismark Otto Fon

Stalin -Sovet İttifaqının  generalissimusu

  • Yaxşı həyat hədiyyə olaraq verilmir.
  • Düşmənlə döyüşmək lazımdır, onunla razılığa gəlmək, saziş bağlamaq olmaz.
  • Dövlətin ölümü-süqutu dövlət hakimiyyətinin zəifliyindən yox, maksimum güclənməsi ilə gəlir.
  • Hüququ vəzifə ilə qarışdırmaq olmaz.
  • Təkcə qorxu ilə hakimiyyəti saxlamaq olmaz.
  • Tarix göstərir ki, məğlubedilməz ordu yoxdur.
  • İdeya silahdan güclüdür.
  • Mən bilirəm ki, öləndən sonra qəbrimə bir bağlama zibil səpəcəklər, lakin tarixin küləyi onu süpürüb aparacaq.
  • İşləmək lazımdır, mitinq yox.
  • Biz bolşeviklər, möcüzələrə inanmırıq.
  • Əməli işdə boşboğazlara yer yoxdur.
  • Düşmənlərimizin xoşuna gələnlər bizə zərərlidir.

Lenin

  • Kapitalistlər bizə kəndir satmağa hazırdırlar.Həmin kəndirlə də biz onları açacağıq.
  • Kitab böyük gücdür.
  • Biganəlik güclünü, hökmranlıq edəni susmaqla dəstəkləməlidir.
  • Hakimiyyətə gəlmək  şansı və məqsədi olmayan partiya heç nədir.

Sitatları əcnəbi dilindən  Azərbaycan dilinə  çevirən  və  toplayanı
Şəmsəddin Əliyev,
Hüquqşünas

Qeyd: Əksər zərb məsəllərin müəllifləri bilinmir, lakin  həmin kəlamlar  dəyərini  itirmədiyindən  oxuculara çatdırmağı özümə borc bildim.

Hamısını Göstər

Related Articles

Back to top button
Close