Nə üçün Rusiyanı BMT-dən çıxartmırlar?
Vaşinqton, London, Paris Təhlükəsizlik Şurasının daimi üzvləri kimi, Rusiya Federasiyasının bu qurumun tərkibindən çıxarılması barədə danışmağa hazır deyillər. Başlıca arqument onun nüvə silahına malik olmasıdır.
Bu barədə Ukrananın BMT-dəki daimi nümayəndəsi Sergey Kisilitsa informasiya marafonunun efirindən xəbər verib.
Onun sözlərinə görə, nüvə mövzusu və nüvə silahı bunun yeganə səbəbidirsə, nə üçün 30 il ərzində dünya onun fəaliyyətinə göz yumub? «Bu, onun səbəbidir ki, nə üçün bu gün nə Vaşinqton, nə London, nə Paris Təhlükəsizlik Şurasının daimi üzvləri kimi, Rusiyanın bu qurumdan çıxarılması barədə danışmağa hazır deyillər» – Kisilitsa deyib.