“Nədən Ayətüllah Xamenei Trampla danışıqlara getməyə razılaşıb?” – “The New York Times”

“Araqçı danışıqlara “diplomatiya şansı” və “qırmızı xətlər”lə gedir…
İranın Ali dini lideri Ayətullah Xamenei ABŞ ilə danışıqlara qadağanı yüksək vəzifəli rejim nümayəndələrinin təkidləri nəticəsində ləğv etməyə razı olub.
Moderator.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Nəşr yazır ki, razılıq İran İslam Respublikası rəhbərlərinin bu ilin martında ABŞ prezidentindən məktub aldıqdan sonra çağırdığı iclasda ifadə edilib. Məktubda Tramp danışıqlara başlamağa çağırıb, əks halda “sürətli və sərt cavab” veriləcəyi ilə hədələyib.
İclasın əvvəlində Xamenei Vaşinqtonla dialoqun lazımsız olduğu mövqeyini bir daha təkrarlayıb. Lakin iştirak edənlərin bəziləri dini liderə bildirib ki, ölkənin başqa yolu yoxdur: ya danışıqlara başlanmalıdır, ya da iqtisadi problemlər rejimin süqutuna səbəb olacaq.
Xüsusilə son zamanlar su təchizatı böhranının dərinləşməsi və bir çox bölgələrdə qaz çatışmazlığının artması vurğulanıb. Bu arada İran rialı gündəlik olaraq dəyər itirərək rekord səviyyədə ucuzlaşır.
İranın güc strukturlarının rəhbərləri də Xameneiyə ABŞ və İsraillə müharibə təhlükəsinin bu dövrdə tamamilə real olduğunu bildiriblər. Onların fikrincə, belə bir vəziyyətdə İranın iki əsas nüvə obyektinə – Natanz və Fordoya hücum mütləq olacaq.
Nəticədə iştirakçılar ayətullahı danışıqların zəruriliyinə inandıra biliblər. Xamenei bu addıma razılıq verib və ilk mərhələdə dialoqun vasitəçilər üzərindən aparılacağını bildirib. Əgər bu mərhələ uğurla keçərsə, birbaşa danışıqlara da başlanıla bilər.
Arakçı danışıqlara “diplomatiya şansı” və “qırmızı xətlər”lə gedir
İranın xarici işlər naziri Abbas Arakçı ABŞ ilə bilvasitə danışıqlar üçün Omana yola düşəcək və tam səlahiyyətlərlə təchiz olunub. Bu barədə ölkənin Ali dini lideri Ayətullah Xameneinin müşaviri Əli Şəmxani məlumat verib. Onun sözlərinə görə, İranın “vacib və reallaşdırıla bilən təklifləri” hazırdır.
“Əgər Vaşinqton danışıqlara səmimiyyətlə və razılaşma əldə etmək istəyi ilə başlasa, bu yolda heç bir maneə olmayacaq”, – Şəmxani “İks” sosial şəbəkəsində yazıb və vurğulayıb ki, “İran real və ədalətli razılaşma istəyir”.
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai də bəyan edib ki, İran bu danışıqlarda diplomatiyaya real şans verir, baxmayaraq ki, Vaşinqton tərəfindən təzyiqlər artır. “ABŞ bu qərarın qiymətini bilməlidir- bu qərar qarşıdurmaçı ritorikaya baxmayaraq qəbul olunub”, – Baqai bildirib.
Əvvəlcə Arakçı qeyd edib ki, qarşıdan gələn danışıqların yeganə mövzusu İranın nüvə proqramının dinc xarakter daşıması olacaq. İran tərəfi həmçinin danışıqların “qırmızı xətlərini” müəyyən edib – ABŞ nümayəndə heyəti hədələrə əl atmamalı və İranın nüvə proqramına dair ifrat tələblər irəli sürməməlidir.
Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button