Narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinindən əlavə olaraq 4 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb. Ondan əlavə olaraq 4 kiloqramdan artıq narkotik vasitə də aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış  tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Tütəpeştə kənd sakini Namik Qurbanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 47 qramdan artıq qurudulmuş marixuana aşkarlanıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq N.Qurbanovun yaşadığı evin həyətindəki yardımçı tikilidən 4 kiloqram 440 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Bundan əlavə həmin şəxsin yaşadığı həyətdə əkərək kultivasiya yolu ilə yetişdirdiyi yaş halda çəkisi 31 kiloqramdan artıq olan 29 ədəd narkotik xassəli çətənə kolu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close