Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Salyan rayon sakini Bayramqulu Məmmədov şübhəli şəxs qismində Şirvan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 2 kiloqram 850 qram olan marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Dindirilmə zamanı B.Məmmədov cinayət əməlini etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button