Narkotikin təsiri altında mikroavtobusu idarə edən şəxs saxlanılıb

Qubada narkotikin təsiri altında mikroavtobusu idarə edən şəxs saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

“Ötən gün Quba rayon sakini Anar İsmiyevin müntəzəm marşrut xətti üzrə idarə etdiyi “Mercedes” markalı 40-BR-314 nömrə nişanlı nəqliyyat vasitəsi Quba rayonu ərazisində DYP əməkdaşları tərəfindən saxlanılıb, bu zaman onun narkotik vasitənin təsiri altında olması aşkar edilib.

Sürücü barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button