Narkotiklə tutulan keçmiş məhkumun oğurluq əməllərinin də üstü açılıb

Narkotiklə tutulan  keçmiş məhkumun oğurluq əməllərinin də üstü açılıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədov saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Ətrafında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun Lənkəran rayonu ərazisindəki bir neçə obyekt və evdən oğurluq etdiyi də müəyyən edilib. Belə ki, R.Məmmədovun şirniyyat evlərindən birindən 6 ədəd televizor, bundan əlavə parfümeriya mağazasından, çay evindən və bir yaşayış evindən oğurluqlar etdiyi müəyyən olunub. Oğurladığı əşyaların bir qismi onun saxladığı yerlərdə aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close