NASA kosmik tullantılar üçün xüsusi torbalar hazırlayacaq

ABŞ-da kosmik tullantılar üçün torbalar yaradılacaq. NASA bunun üçün 850 min dollar xərcləyəcək.

Polise.az xarici KİV-lərə istinadla xəbər verir ki, Amerikanın TransAstra startapı NASA ilə müqavilə bağlayıb. Şirkət kosmik tullantıların toplanması üçün “torbala”ların prototipini hazırlamalı və onu Yerdə sınaqdan keçirməli olacaq.

Torbalar istifadə müddəti bitmiş rabitə peyklərini və çəkisi 50 min tona qədər olan asteroidləri tuta biləcək. Yeni qurğu orbital zibillərin təmizlənməsinin digər üsulları ilə müqayisədə üstünlüklərə malikdir. Şişirdilən konstruksiyalardan istifadə edərək zibil toplamaq ideyası NASA-nın Reaktiv Sürmə Laboratoriyasında asteroidlərdən qorunmaq üçün layihə üzərində işləyərkən yaranıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button