NATO-dakı nümayəndəmiz amerikalı həmkarı ilə görüşüb
Azərbaycanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə ABŞ-ın alyansdakı səfiri Culian Smit ilə görüşüb.
Polise.az xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə “Twitter“də yazıb.
“ABŞ-ın NATO-dakı səfiri Culian Smit ilə görüşdən çox məmnun oldum. Biz bu ilin yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını müzakirə etdik. Baş vermiş hadisə ilə əlaqədar ABŞ rəsmilərinin Azərbaycana birmənalı və çevik dəstəyini alqışladım”, – deyə səfir qeyd edib.