NATO Rusiya ilə qarşıdurmaya hazırdır
NATO Rusiya ilə birbaşa qarşıdurmaya hazırdır.
Polise.az-ın məlumatına görə, bu barədə Alyansın hərbi komitəsinin sədri admiral Rob Bauer bildirib.
O bildirib ki, Rusiyanın strateji hədəfləri Ukrayna sərhədlərindən kənara çıxır. Rusiya SSRİ sərhədlərinə qayıtmaq istəyir.
NATO-nun hərbi komitəsinin rəhbəri vurğulayıb ki, bloka daxil olan ölkələrin sənaye istehsalı yenidən hərbi sahəyə yönəldilməlidir ki, Alyansın yenidən silahlanması prioritet olsun.