NATO Şərqi Avropada mövcudluğunu gücləndirəcək

NATO Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Şərqi Avropada mövcudluğunu gücləndirəcək.

Bu barədə alyansın saytındakı bəyanatda qeyd edilir.

https://imasdk.googleapis.com/js/core/bridge3.496.0_en.html#goog_1090715531

“NATO müttəfiqləri Şərqi Avropadakı yerlərə əlavə gəmi və döyüş təyyarələri göndərir, beləliklə, Rusiyanın Ukraynada və onun ətrafında davam edən qüvvələrin toplaması fonunda çəkindirmə və müdafiəni gücləndirir”, – deyə məlumatda bildirilir.

Xüsusilə:

– Danimarka Baltikyanı ölkələrə bir freqat və Litvaya dörd F-16 döyüş təyyarəsi göndərir;

– İspaniya Bolqarıstana gəmilər göndərir və döyüş təyyarələri göndərməyi düşünür;

– Fransa Rumıniyaya qoşun köçürməyə hazır olduğunu açıqlayıb;

– Niderland Bolqarıstana iki F-35 qırıcısı göndərir və gəmi və quru qüvvələrini hərbi hazırlıq vəziyyətinə gətirir;

– Birləşmiş Ştatlar alyansın şərq cinahında hərbi mövcudluğunu genişləndirmək imkanlarını araşdırır.

Hamısını Göstər

Related Articles

Back to top button