NATO və Türkiyə: Ermənilərin Kreml üçün qorxulu nağılları

Ermənistan tərəfindən rusdilli media məkanında yeni təbliğat kampaniyası başladılıb.  

Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetdə məlumat verilir.

Videomaterialda bildirilir ki, ermənilər KİV, “Telegram” kanalları və saxta ekspertlər vasitəsilə Bakı və Ankaranın Rusiyadan sadəcə istifadə etdiklərini Moskvaya sübut etməyə çalışırlar.

“Ermənilər sübut etməyə çalışırlar ki, artıq əl-qolu açılan Türkiyə və Azərbaycan bölgəyə NATO-nu gətirəcək. Öz iddialarını möhkəmləndirmək üçün onlar vaxtilə Rusiyanın Atatürkü müdafiə etməsi, sonda isə Türkiyənin NATO-ya qoşulması, eləcə də böyük Turan ideyası kimi arqumentlərdən istifadə edirlər.

Halbuki, Ankaranı irimiqyaslı Avrasiya dövləti planlarının cəlb etdiyini deməyi unudurlar. Ermənilər anlamırlar ki, onlar bu sərsəmləmələri ilə çoxillik imperiya təcrübəsi olan Rusiyanı sadəlövh və avam kimi təqdim edirlər”, – deyə süjetdə qeyd olunur.

Daha ətraflı videomaterialda:

Hamısını Göstər

Related Articles

Back to top button