NAZİR ANAR KƏRİMOB HARDADIR? – Mədəniyyət Nazirliyindən açıqlama.
“Məlumat üçün deyim ki, vəzifəli şəxsin ezam olunması həmin şəxsin işinin başında olması deməkdir”.
Bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin vəzifələrini icra edən Nuridə Allahyarova deyib.
“Çünki iş icrası təkcə inzibati binada olmur”, – o əlavə edib.
Qeyd edək ki, noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı vəzifəli şəxslər saxlanılıb. Sosial şəbəkələrdə əməliyyat keçirilən zaman mədəniyyət naziri Anar Kərimovun iş yerində olmadığı barədə məlumatlar yayılıb.