Nazir: Gürcüstan regionda sülhün və təhlükəsizliyin tərəfdarıdır

Gürcüstan Cənubi Qafqazda sülhün və sabitliyin, təhlükəsizliyin tərəfdarıdır. İnanıram ki, davamlı sülh və sabitlik regionun hər üç ölkəsinin marağına cavab verir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili söyləyib.

Nazir deyib: “Biz Cənubi Qafqazda sülhün əldə edilməsində maraqlıyıq və bu, Cənubi Qafqazın hər üç ölkəsinin marağındadır. Ona görə də biz sülh sazişi prosesinə vasitəçilik edirik. Düşünürəm ki, bugünkü İpək Yolu Forumu Gürcüstanın Azərbaycan və Ermənistan üçün məqbul və dostluq məkanı olduğunu göstərir. Bu gün hər iki ölkənin – həm Ermənistanın, həm də Azərbaycanın Baş nazirləri Tbilisidədir və onlar bugünkü forumun açılışında iştirak edəcəklər. Düşünürəm ki, bu proses sülh sazişinin imzalanması ilə yekunlaşacaq və bu da regionumuza uzunmüddətli sülh gətirəcək”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button