Nazir polkovnik-leytenantı yeni vəzifəyə təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub. 

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis polkovnik-leytenantı İrza Nağıyev Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsindən azad edilib.

O, Gəncə Beynəlxalq Hava Limanında Xətt Polis Şöbəsinin rəisi təyin olunub.

Hamısını Göstər

Related Articles

Back to top button