Neftçala Peşə Məktəbində “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib.
Görüşdə polis şöbəsinin əməkdaşları, Gənclər Fondunun, Gənclərin İnkişaf
və Karyera Mərkəzinin və Neftçala Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri
iştirak ediblər.
Tədbirdə çıxış edənlər keçirilən görüşün mahiyyətindən danışaraq,
narkotiklərin insan sağlamlığına zərərli təsiri haqqında geniş məlumatlar veriblər.
Zərərli maddələrin – «ağ ölümün» aludəçisinə çevrilən gənclərin sonu olmayan
vərdişlərdən qurtulması yollarını diqqətə çatdıran məruzəçilər, bu istiqamətdə
görülən işlərdə cəmiyyətin bütün üzvlərinin fəal iştirakının vacibliyini qeyd
ediblər.
Tədbirin sonunda insanda asılılıq yaradan, onun bütün gələcəyini və şəxsi
həyatını məhv edən narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və
iştirakçıları maraqlandıran suallar cavablandırılıb.