Neftçalada dayanma-durma qaydalarını pozan sürücülər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan polise.az-a verilən məlumata görə, rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı Neftçala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Keçirilən tədbirlər zamanı rayon ərazisində müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə profilaktik söhbətlər aparılıb, onlara parklanma qaydalarına ciddi riayət etmələri barədə məlumatlar verilib.

Tədbirlər zamanı qaydaları kobud şəkildə pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button