Neftçalada yabanı halda bitən narkotik tərkibli bitkilər məhv edilib
Neftçala Rayon Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun 2-ci Mayak kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 10 ton 890 kiloqram olan 2750 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.