Netanyahu ABŞ-a səfəri zamanı Baydenlə İranı müzakirə etmək niyyətindədir
İsrailin Baş naziri Benyamin Netanyahu yaxın günlərdə ABŞ Prezidenti Cozef Baydenlə gözlənilən görüşdə İran məsələsini gündəmə gətirmək niyyətindədir.
Polise.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısı ABŞ-a səfərdən əvvəl müvafiq bəyanatla çıxış edib.
“İndi mən BMT Baş Assambleyasına gedirəm, orada İsraili dünya xalqları qarşısında təmsil edəcəyəm. Bir çox dünya liderləri ilə, xüsusən də Prezident Baydenlə görüşəcəyəm. Onunla ilk növbədə İranı, həmçinin İsrail və ərəb ölkələri arasında sülh dairəsinin genişlənməsini müzakirə edəcəyəm”, – İsrailin baş naziri bildirib.
Netanyahunun sözlərinə görə, “bütün dünya bu gün İranın bütün öhdəliklərini pozduğunu, həyasızcasına yalan danışdığını görür və həm nüvə silahı hazırlamaq, həm də regionda təcavüzünü davam etdirmək niyyətindədir”.
“Bu təhdidlərin hər ikisinə qarşı birlikdə qarşı dayanacağıq. Bu gün İran rejiminin rəsmilərindən birindən təhdidlər eşitdim, ona tövsiyə edirəm ki, bizi təhdid etməsin. O və onun rejimi bilməlidir ki, xalqımıza, vətəndaşlarımıza qarşı hər hansı hücuma sərt cavab verəcəyik”, – İsrail hökumətinin başçısı əlavə edib.
Polise.az