Nigeriya prezidenti bütün ölkələrdəki səfirləri geri çağırıb
Nigeriya Prezidenti Bola Tinubu ölkənin diplomatik nümayəndəliklərindəki vəziyyəti təhlil etdikdən sonra bütün səfirlərin geri çağırılması barədə göstəriş verib.
Polise.az xəbər verir ki, müvafiq bəyanat şənbə günü Nigeriya Prezident Administrasiyasının “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.
“Prezident Bola Tinubu dünya üzrə bütün səfirlərin geri çağırılması barədə göstəriş verib”, – deyə məlumatda qeyd olunur.
Baş Assambleyanın qarşıdan gələn iclası ilə əlaqədar yalnız Nigeriyanın Nyu-York və BMT-dəki daimi nümayəndələri geri çağırılmayacaq.
Polise.az