“Noyabrın doqquzunda sülh müqaviləsi imzalanacaq” – “Tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyacaqlar”

Ermənistan mətbuatında Azərbaycanla Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağına dair sesnsasiyalı məlumat yayılıb.

Erməni mətbuatına istinadla xəbər verilir ki, sözügedən sülh müqaviləsinin noyabrın 9-da, yəni 44 günlük müharibənin bitməsinin bir ilinin tamamında Moskvada imzalanacağı gözlənilir.

Ermənistanın “Aliq Media” nəşri tərəfindən dərc olunan və dərhal demək olar, bütün aparıcı erməni saytları tərəfindən tirajlanan həmin məlumatda deyilir ki, noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Vladimir Putinin iştirakı ilə iki hissədən ibarət sülh müqaviləsi imzalayacaqlar: “Birinci sənəd Azərbaycanla Ermənistanın dövlət sərhədlərinin demarkasiyası və delimitasiyasını nəzərdə tutur. Hansı ki, bununla tərəflər SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci ilə aid xəritələrinə əsaslanaraq, bir-birilərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyırlar.”

Məlumatda deyilir ki, ikinci sənəd isə Azərbaycandan Naxçıvana gedən dəhliz də daxil olmaqla, tərəflər arasındakı bütün yol və kommunikasiyaların açılmasını nəzərdə tutur.

Bildirilir ki, Vladimir Putinin son Valday konfransında bu mövzuyla bağlı danışarkən, SSRİ Baş Qərargahının xəritələrini xatırlatması təsadüfi deyildi. Həmçinin, qeyd olunur ki, Azərbaycan və Ermənistan Baş nazirləri müavinlərinin üçtərəfli komissiya çərçivəsində keçirilən son Moskva görüşü də məhz sülh müqaviləsinə hazırlıq xarakteri daşıyıb. Həmin görüşdə kommunikasiyaların açılması əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, erməni mətbuatında yayımlanan bu məlumat az sonra Rusiya mətbuatı tərəfindən də təsdiqlənib. Belə ki, “Ria Novosti” özünün diplomatik mənbələrinə istinadla yaydığı məlumatda noyabrın 8-i, ya da 9-da Moskvada İlham Əliyev və Nikol Paşinyan arasında Vladimir Putinin vasitəçiliyilə görüş keçiriləcəyini yazıb. Məlumatda bildirilir ki, həmin görüşdə yeni sənədlərin imzalanacağı gözlənilir. 

Mənbə
azpolitika.info
Hamısını Göstər

Related Articles

Back to top button
Close