“O, bizim bir nömrəli düşmənimizdir”.
“Bizim ən böyük düşmənimiz bütün sahələrdə özünü göstərən cinayət təfəkkürüdür. O, bizim bir nömrəli düşmənimizdir”.
Polise.az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan Göyçə mahalında Patrul Xidmətinin işə başlaması mərasimində deyib.
“Niyə ölkəmizdə fəlakətlər tez-tez baş verir? Çünki çox vaxt deyirik ki, yaxşı, susaq, biz danışan tip deyilik, yazan da deyilik. Lakin cinayət barədə məlumat vermək hər bir vətəndaşın və polis əməkdaşının işidir”, – o bildirib.
Paşinyan deyib ki, Göyçə mahalında növbəti mərhələdə sahil və su patrul xidməti də işə başlayacaq.